Gəlin
Ey süzgün gözləri səhər yıldızı,Pərişan telləri yasəmən gəlin!Gözəllər səcdəsi gətirdiyin din,Girdim sizin dinə bir də mən, gəlin!
Hər yetən naz etdi, qatlandım naza,Könül verdim hər boş söhbətə, saza!Sallan ki, can quşu çıxsın pərvaza,Pərişan olsun qoy hər görən, gəlin!
“Sənsizlikdir” bənim bitməyən dərdim!Bitməyən dərdimlə mən senə gəldim!Gülən dodaqlardan mən bir gül dərdim,Saxlanmış qəlbimdə istərsən, gəlin!
Sığmaz ikən ruhum geniş torpağa,Gəlmiş hüzuruna bir qul olmağa!Gözəllik bir çiçək, məhkum solmağa,Soldurma boş yerə onu sən, gəlin!-Gəncə, 1916, 6 iyun*
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-gelin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Üşşaqə məşq, eşqdə tumari-Kərbəla,Əhli-məzaqə gərmdi bazari-Kərbəla,
AxşamüstüGünəş solğun. Üfüq də tutulmuş kimi dərdə,Orda sarı buludlar sallanır pərdə-pərdə
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı