Gəldim Gəncəyə
1906-cı ildəGəldim Gəncəyə AT ilində.Qalxdım Dilbozun tərkinə mən,Keçdim düzlərdən, boz çöllərdən;Qotazlı atı sürdüm də, gəldim,Gəncəyə könül verdim də, gəldim!Oxumaqdı ancaq diləyim,Şəmkirdə qalmışdı ürəyim.Anam da mənlə köçdü gəldi,Nə mən yatdım, nə o dincəldi.Zərrabıda qaldıq ilk gündən,Sahibi getmişdi öyündən.Sanki düşmüşdük evimizə,Dəyib dolaşan yoxdu bizə.Anam işləyər, mən oxuyardım,O, xalı, mən şeir toxuyardım.Günümüz keçərdi ağlı, qaralı,O, ərindən, mən atamdan yaralı.Yadımdan heç çıxmaz, o gəldiyim gün,Başlandı tarixi mənim ömrümün!..Gəncə, 1908, 9 sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-geldim-genceye
Use ← → keys to move, R for a random poem
More by this author
Əsirim, umdum ki, Xızrım gəlecək,Çıxdım ki, yollara edəm sorağın!
ŞəhidlərəAzərbaycandakı osmanlı şəhidlərinə*Qalx, qalx! Sarmaşıqlı məzar altından,
Şükriyyəm üçünBir gülsən, dərmişəm gənclik bağından,Bir gülü, çiçəyi dərmərəm sənsiz.
O qızaÖmür dedikləri, çarpaşıq bir yol,O çarpaşıq yolun yolçusuyam mən.
Poems by other poets · Homeland
Bir uçuq ev görsə kim bir yanı var, bir yanı yox,Pünhanın ünvanıdır bu, özcənin ünvanı yox.
Başqa millətdən hüququn almaq üçün hər zamanBaşqa millətdən hüququn almaq üçün hər zamanInqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!
GəldimQarabağdan səfər etdim,Mülkü Şirvana mən gəldim.
Yetmiş il bir sinədə...Qurban Pirimov 70 il bir tarda çalmışdır*Yetmiş il bir sinədə,