Səhər-səhər
Yarın bağçasında güllər açılıb,Bülbüllər ötüşür, gəl səhər-səhər!Çarhovuz başında bir telli sənəmBaxıb güzgülənir, bil səhər-səhər!
Güllərin üstündə parlayan şehdi,Qəlbimdən keçənlər nə sərin mehdi!Gözümə görükən qövsü-qüzehdi,Hicran qubarını sil səhər-səhər!
Çətirli ağaclar sanki ormandı,Həyat göz qırpımı, ömür bir andı!Cavad, düşündüm ki, bu nə fərmandı,Danış səhər-səhər, gül səhər-səhər!
Kitabxana.az · https://kitabxana.az/en/works/cavad-seher-seher
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Uşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməEy gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Qəzəl: Gülzari-məlahətdə gözüm bir gülə düşdüGülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü