Gedən yerim olaydı.Qabil.

Gözləyənim olaydı...Məndən qabaq deyiblər.Başdan gələn boş sözüBaşa çomaq deyiblər:Gedən qalandan qopur,Qalana dağ deyiblər,Hər ağılsız addımıAğla yamaq deyiblər:Söz hikmətə dönəndə –Qızıl tabax deyiblər.

Gözləyənim olaydı...Elə səmtə gedəydim,Elə səmtə; görəydim,Quzular qurd yeyəndir,Toxlar toxluqdan doyub,Toxlar sükut yeyəndir.Aclıq aca plovdur,Aclar ümid yeyəndir.Gözləyənin yanınaSəsləyənim olaydı...

Elə səmtə gedəydim,Elə səmtə; görəydimUlduzlara çatmağaMələklər at satırlar.Əlsiz-ayaqsızlaraQuşlar qanad satırlar.Bir görəydim əzənlərNecə imdad satırlar.Tale qoyub hərraca«Ay haray-dad» – satırlar.

Gözləyənim olaydı...Kaş o günü görəydim.Sədamın əks-sədamıÖpdüyünü görəydim.Yerin yerə halallıqSəpdiyini görəydim.Həlimliyin büdrəməzSərtliyini görəydim.Mindən bircə namərdinMərdliyini görəydim...

Gözləyənim olaydı...Görüş müşkül olsa da,Təzədən alışardımAtəşim kül olsa da.Ölüm yedəkçi olsa,Batmaz ömür yelkənim, –Özümü saxlamasa,Saxlar diri kölgəmi.Gözləyənim olaydı...Gözləyənim olmasa,«Döz» deyənim olaydı...

7 dekabr 1986

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets