Bir ömür xatirə
Bir xatirə dəftərinə bənzəyər ömrüm,Neçə tale görüşdürər, aralayar o.Bir xatirə dəftərini bəzəyər ömrüm,Bir xatirə dəftərini qaralayar o.
Xatirələr qızıl donu, gümüş donundaDünənini geyindirər, bəzər, yorulmaz.Xatirələr ömrü boyu dərviş donundaQapı-qapı itiyini gəzər, yorulmaz.
Xatirələr görüşlərin arasında çay,Adlayaraq körpüsündən o yan-bu yana.Xatirələr xətri ucuz insandan qaçar,Xatirələr insanlıqda dönər insana.
Günəşliydi, gəncliyimin güney yastanı,Çiçəkliydi, çisəkliydi, quzeyləri qar...Xəyalımda xatirələr məzarıstanı,Xəyalımda xatirələr muzeyləri var.
Adamlar var bir sözümü saxlar yadında,Bir vədədə bir taleyin gümanı yatır.Ürəyimin kəşf olunmaz sirli qatındaAçılmamış xatirələr divanı yatır.
Eh, oyatdım mən onları çox nahaq yerə,Udacaqdır onları da yer – ürəyi buz.Bir xatirəm köçəcəkmi xatirələrə?Min xatirə köçəcəkdir mənimlə, əfsus!..
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-bir-omur-xatire
Use ← → keys to move, R for a random poem
More by this author
Dəniz göylüyündə qalıb eləcə,Sahil qayaları elə həmindi.
Kimliyim, nəçiliyim...Qəfil düşdüm bəd taleyin kəməndinə mən,Axır dönüb bu halımla barışan oldum.
TəklənməDost arası yol çəkilməz,Dost arası yol sökülməz,
Dürnaları dönməz olduBoz qayalar çapıqlandı, qaraldı,Durnaları dönməz oldu dağların.
Poems by other poets
Başına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
Khosrow and Shirin, chapter 78شباهنگام کاهوی ختنگَردز نافِ مشکِ خود خوَر را رسن کرد
NövhəBaxdı çün Əkbərinin nizədə Leyla üzünə,Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.