Təklənmə
Dost arası yol çəkilməz,Dost arası yol sökülməz,Tale hər vaxt üzə gülməz,Təklənmə, könül!
Bir otaqda bir sən, bir mən,Gəlhagəllər hanı, bilməm?Son güman da itsə birdənTəklənmə, könül!
Öz dərdinə ortaq da ol.Öz içində dustaq da ol.Dön özünə bıçaq da ol,Təklənmə, könül!
Bu mənzilin sonu müşkül,Zirvəyəcən yüyürmüşdün,Dərəsinə qəfil düşdün,Təklənmə, könül!
Arazıma körpü asaDüyünü yox bir nəğmə – sal.Son vurğunu son nəğmə san,Təklənmə, könül!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-teklenme
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Aşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər