Dağlar buraxmır məni
Oyandım ki, qar tutubYurda yaxın zirvəni,Üzü arana sarıYatan gördüm dəvəni.
Qara qoyun, qara kəlDümağ olub qırovdan,Bir gecənin içindəBaş qaldırıb elqovan.
Vədə bitib, vaxt çatıb –Yola düşəsən gərək,Çəmən, bulaq seyrinəDaha ara verərək,
Yır-yığışa başladım,Hazırlaşdım könülsüz,Sözlü-dərdli dayandımDostum dağla üzbəüz.
Halallaşmaq məqamıDillənməyə hanı tab?Göz yaşıtək qofildənYağış tökdü tappatap.
Lay-lay olub döşədiQarşı yalı, çəməni,Demək açıq-aşikarDağlar buraxmır məni.
Yapıncıya büründüm,Dəhmərlədim atımı,Ayrılanda obadanYavaşıdı addımı.
Çıxdım hamar, düz yola,Keçdim o sərt enişi,Boş havalı köhləninHanı yorğa yerişi?!
Cilovunu tərpətdim,Xışmaladım yalını,
Yollar ahənrübaymış –Tutub çəkdi nalını.
Yağış ötdü. Bir andaDuman kəsdi bərəni;Bildim bunlar tələdir –Dağlar buraxmır məni.
Qalxdım çənlə-çisəklə,“Yelligədiyi” aşdım.“Səbətkeçməz” keçidəİltimasla yanaşdım.
Dilə tutdum naəlacQurd ağızlı dərəni.Yol versə də... duydum ki,Dağlar buraxmır məni.
Ormanlığa çatmışam,Nə gedən var, nə gələn.Aşıb qoca bir palıdKəsmiş yolu köndələn.
Asta-asta adladımBu sehirli meşəni.Durub əliağaclıDağlar buraxmır məni.
Vidalaşıb gəldiyimEniş-yoxuş, o duman,Darvazatək açılıb,Darvazatək bağlananDar keçidlər, dərələrSanki qaçıb irəliQabağımı kəsirdi.Düşən zaman rast yola,“Gedirsən, get...” söyləyibDağlar məndən küsürdü.
Gözlərimlə dərərəkHər çiçəyi, hər gülü,Yeyinlədim bir qədərMən də ərklə, küsülü.
Az getməmiş devikdim,Azmışdımmı mən yolu?!Yox, möhtəşəm qayalarUçub tutmuş gen yolu.
Baxıb bu “çin səddinə”,Öz-özümə dedim mən:Buyur, indi keç görüm,Burdan necə keçirsən...
Bir qəribə həvəsləKöhlənimdən tez endim,Təbiətin fəndinəUşaq kimi sevindim.
Süzdüm çılğın fərəhləBu keçilməz guşəni:Öyünməyim, neyləyim –Dağlar buraxmır məni.
– Yol tapmayıb, – dedim, – kaşBurda əsir qalaydım,Burda açıb solaydım,Bir yol açıb solmuşam,Bir də açıb solaydım...
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-daglar-buraxmir-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ala gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Bayram şəhəriYarpaqları qızarmışAğacların budağı
Göndərib lütflə, ey dil, mənə dilbər kağızGöndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.