Düz getdin, rastına əyrilik çıxdı.Dünyada xoş halət görmədin, ustad!Dostların, həmdəmin evini yıxdı,Etibar, sədaqət görmədin, ustad.

Alilər zillətdə, nadanlar kefdə,Yurdsevərlik baha, satqınlıq müftə!..Hökmran əyanlıq, taclıq tərəfdəGüc gördün, dəyanət görmədin, ustad!

Kürün sahilində kükrədin, daşdın,Sevincə bürünüb dərdə qarışdın,Nazlı sənəmlərlə küsdün, barışdın,Heç yerdə sədaqət görmədin, ustad!

Yaman ağır gəldi faciən mənə.Gəzdiyin yerlərin çıxdım seyrinə.Doğma eli gördüm, milləti gördüm.Hər şəhərdə sənə, hər kənddə sənəBitib-tükənməyən hörməti gördüm.Qarabağ – doğma yurd, doğma su, hava,Vaqifli, Zakirli – cəh-cəhli yuvaZirvədən dumanı hey qova-qovaSaxlayır o qədim şöhrəti, gördüm.

Gördüm gözəllərdə hüsnü, vüqarı,Sənin vəsf etdiyin əhdi-ilqarı.Dinəndə Şuşanın şirin qızlarıŞerindən süzülən şərbəti gördüm.

Nəfəsin əritdi qırovu, çəni,Tər çiçək yetirdi şerin çəməni,Bu gecə sübhədək oxudum səni,Vurğuna verdiyin vüsəti gördüm.Sönən duyğuları gətirib cana,Səsin səda salıb cümlə-cahana,Əhsənlər yetirir Azərbaycana,Yaşadıb yaşayan sənəti gördüm...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland