Şəhər tünlük, ləpələnir insan dənizi,Axşam-səhər işdən gəlir, işə gedirik.Görüşdürür tanışlarla küçələr bizi:Kimisinə ehtiramla təzim edirik:

Kimisini – o gülərüz köhnə qonşunuGörən təki... dayanırıq, qucaqlaşırıq.Cəmləşdirə bilmir adam bəzən huşunu,Tül bürünmüş xatirəyə dalıb çaşırıq.

Adlar itir zehinlərdə yol aza-aza,Sifətlərsə əzəlkitək doğma, mehriban.Təbəssümlə su çiləyir yaddaşımıza,Tanıyanda qızarırıq pərtlikdən yaman.

Bəzən yolda rast gəlirsən bir naxələfə,Bilmirsən ki, hansı səmtə üz çevirəsən?O uğursuz tanışlığa, o köhnə səhvəVida deyə biləsən kaş birdən-birə sən.

Yeriyirik, həvəsimiz axtarıb gəzirUşaqlığı, cavanlığı, dostu-həmdəmi.Nəyə isə, kimə isə könül müntəzir –Görüşlərdir baxışların şadlığı, qəmi.

Biri gəlir addımını tez ata-ata,Yerişində, baxışında, gözündə qayğı.Çətin gündə, dar məqamda yetişir dadaBir “təcili yardım” kimi xeyirxahlığı.

Onu görcək yaddan çıxır dərdim-məlalım,Onu görcək alovlanır inam məşəli.Elə bil ki, həddən aşır dövlətim-malımƏllərimdən yapışanda onun mərd əli.

Tanıyanlar yaxşı bilir o şəxs kimdi, kim:Xalqımızın ədib oğlu Əli müəllim!Ürəyimiz sakit olar, yolumuz hamarÇıxsa hər gün rastımıza belə adamlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets