Bombozuna acıyıram torpağın, daşın,Ruh oxşayan nə bir lövhə, nə axar-baxar.Gözişləməz düzənlikdə şütüyür maşın,Bu yerlərin nə yarğanı, nə də arxı var.

Yoxdur qəza vahiməsi, yollar salamat.Bir sərnişin öz yerində olmaz narahatSaatlarla mürgüləsə, yatsa sürücü,Fəqət səbrin bu yollarda sınanar gücü!

Hər yan karton üzü kimi bomboz, fərəhsiz,Baxışlarda qalmayıbdır həvəsdən bir iz.Yol qorxusuz, səhra sonsuz... lap bezir insan.Təhlükəli dağ yoluna yetişən zamanDörd tərəfə min maraqla göz dikir hamı,Gah dərəyə enir maşın, gah çıxır döşə.Süzüb keçən “Volqa”mızı bu yay axşamıGah qoynunda atıb tutur, gah udur meşə.

Addımbaşı çəmənliklər, çaylar, çeşmələr,Seyrangahlar “əylən” – deyir bizə hər anda.Döngələrdə təbiəti seyr etsən əgərUçurumlar udar səni göz qırpımında,

Gözlərimiz hər lövhədən gül üz-üzəQovur, qovur qəlbimizdən bu duyğuları.Unutdurur vahiməni gözəllik bizə,Uça-uça adlayırıq uçurumları.Bu qorxulu, qəşəng, yolda qərar verdim mən:Hər məqamda can hayına qalan naşıdır.Asan yolla gün keçirib ömür sürməkdənÇətin yollar qucağında ölmək yaxşıdır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring