Oğlum Xansuvara

Bir şəlalə var idiGəncliyimin sirdaşı.Dayaq idi mənə dəSöykəndiyi hər daşı.

Sübh şəfəqi içindəTel-tel olub yanardı.Dinləyənlər səsiniBir orkestr sanardı.

Yaxınların cəngisi,Uzaqların sazıydı.Təbiətin hörüklü,Şad-şalayın qızıydı.

Qırmaclardı saçıylaKimi alsa qoynuna.Qucağında titrərdikBiz yuyuna-yuyuna.

Biz gedəndə səslərdiKimlərisə: – tez gəlin!Pərdə tutub gizlicəSoyunardı qız-gəlin.

Qayaların dalındanHəris gözlər baxardı,O üşüdən şəlaləYandırardı, yaxardı;Gənclik kimi çağlayar,Ömür kimi axardı...

Ayrıldım o büsatdan,Calandı illər ilə.Dərələrin dilbəriO füsunkar şəlaləHara getdim qəlbimdə,Qulağımda çağladı,Sözlü-səsli dağlaraMəni vurğun saxladı.

Xəyalımda yaşardı,Xəyalımda coşardı,

Xəyalımda buzlaşar,Xəyalımda daşardı.Xəyalımda?!Yox, bu günGəldik oğlumla birgəOnu ziyarət üçün.

Hər şey eləcə durur,Həmin nəşə, həmin dərd,Otlar elə yumuşaq,Qayalar da elə sərt.

Baxın, baxın siz hələ,Görün necə dəyişməzQalıb bu şən şəlalə.

Dərələrin yenə dəCəngisidir, sazıdır.Təbiətin rəqs edən,Həmin saçlı qızıdır.Oğlum – dəcəl gəncliyimTez-tələsik soyundu,Onun soyuq qoynundaÜrkə-ürkə yuyundu.

Yaxınlaşıb təşvişləNəzər saldım hər yerə.Məndən heç bir sirriniGizlətməzdi dağ-dərə.

Şəlalənin dayağıQayalara baxandaÜrəyimi vahimə,Dəhşət aldı bir anda;

Yağış-yağmur bükmüşdüŞəlaləni saxlayanQayaların dizini.Geri çəkdim oğlumu,Kəsib onun nagahanSualını, sözünü.Bircə təkan gərəkdiSarp qayalar sökülə,Çimənlərin üstünəNəhəng daşlar tökülə.

Bircə təkan gərəkdiYas bürüyə obanı;Qılınc daşlar, qanınaQəltan edə çobanı.

Bircə təkan gərəkdiToxundurcaq əlini“Ayıqaya” altınaAla üryan gəlini...Belə qalsa kiminsəBəxti qəfil sönəcək,Bu qurulu gözəllikFəlakətə dönəcək.

Odlu şimşək beynimdənÜrəyimə şığıdı.Qulağıma yetişdiBir cavanın fəryadı.O heybətli qayayaGirvənkəlik daş vurdum –Gəncliyimin xatirəBüsatını uçurdum.

Son nəfəsdə şəlaləQıjhaqıjla çağladı,Elə bil ki, təbiətÖz halına ağladı.

Hıçqırığı kəsincəHuşsuz düşdü o dilbər.Dərə boyu sərildiYerə gümüş hörüklər.Yox, qızıl ilan idi,Xilas oldu bir insan.Bir gözəllik azaldıVətənimin qoynundan...

Dərə sükut içində,Ürəyim ağlar idi.Bu yerlərdə füsunkarBir şəlalə var idi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets