Yarpaqları qızarmışAğacların budağıYel əsdikcə yellənirQızıl bayraqlar kimi.Sahilin dodağındanDalğaların dodağıBayram nəğməsi alıb,Ötür nəğməkar kimi.Mənim günəşli Bakım,Qəlbi atəşli BakımNümayişə çıxıbdırMətin sıralar ilə.O, payızda qovuşurƏn gözəl bahar ilə.Bu bahar azadlığın,Səadətin baharı.Günəş kimi müqəddəsHəqiqətin baharı.

Küçələr don biçibdirQızılgüldən özünə,Xəzər nur dənizinə,Şəhər gül dənizinəQərq olubdur bu səhər.Gəlir güldən ətirli,Güldən zərif körpələr.Havada şarlar uçurQızıl rəngli, göy rəngli,Bakı bayram nəğməli,Bakı bayram ahəngli.İnsanlar axın-axın,İnsanlar dəstə-dəstə,Ürəklər bir arzuda,Ürəklər bir həvəsdə.Dalğalı bayraqlarıCalasan bir-birinəNəhəng bir yelkən qonarXəzərin üzərinə.Dalğalardan güclüdürDodaqların nəğməsi,Uçur qağayı kimiKaman səsi, tar səsiKüçələrə, yollara.Ellər min alqış deyirBu müqəddəs bahara.Mənim sədaqətimdir –Bu yerdə doğulmuşam.Mənim vüqarım Bakı,Doğma diyarım Bakı.Odlu sətirlərimiBayram çələngi kimiYollarına səpirəm.Milyon nəğməli Bakı!Milyon nəfəsli Bakı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring