Nəğmənin qanadında
Yenə o tanış səs, sehirkar sədaBənnanın qəlbini titrətdi birdən.Çəkic tutan əli qaldı havada,Sanki ayağı da üzüldü yerdən.
Başını qaldırıb baxdı yuxarı,Gördü həmin evdir, həmin pəncərə.Usta hörən gündən bu daş divarı,Ürəyi quş olub qondu o yerə.
Piano səslənir, qız dinir yenə,Asta çəkic vurur xeyli var, usta.Bacarsa divarı alıb çiyninə,Həmin pəncərəyə qaldırar usta.
Elə bir sürətlə o yüksəlir ki,Sanki dayanacaq al günəşlə tən.Ona elə gəlir ki, elə gəlir ki,Bir ulduz üzəcək əliylə göydən.
Usta çəkic vurur, qız dilləndikcəO, gücü, hünəri bu səsdən alır.Nəğmə dalğa-dalğa yerə endikcə,Bina pillə-pillə göyə ucalır.
Qız nəğmə oxuyur, usta sanır ki,Bu səs qanad açıb hər evin üstə.Ya susub bu səsi dinləyir Bakı,Ya da bütün Bakı dinir bu səsdə.
Qız nəğmə oxuyur, dil açır daşlar,Çəkicin səsi də nəğməyə dönür.Ustaya bu adi sənət ki, var,Daha da mənalı, şirin görünür.
Qız nəğmə oxuyur, təzə binanın,O, ilk nəğməsini eşidir sanki.Sabah bu mənzilə köçən ananın,Təşəkkür səsini eşidir sanki.
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-negmenin-qanadinda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əsli haram olsa varın, dövlətin,Artıb dövlət olmaz, itər bir zaman.
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,
Ana yaşıDaha gəlməyəcək anamın səsi,Mənə də taleyin yumruğu dəydi.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.