Təzə olsun
Gəlirsən, müjdələr gəlir səsində,Bütün yer üzünə sevinc yayırsan.Sən köhnə illərin ilk cərgəsindəTəzə əsgər kimi addımlayırsan.
Yollara bərəkət səp qucaq-qucaq,Uğurla başlasın ilk səfərimiz.Təqvimə günləri yazırıq ancaq,Tarixə yazılır əməllərimiz.
Odumla əridim qar paltarını,Eşqimlə qızınsın buzlu nəfəsin.Gəlişin torpağın arzularınıÇiçəyə bürüsün, gülə bələsin.
Mübarək qədəmin mətin, inamlı,Zirvələr fəth edib ad alacaqsan.Sabah neçə-neçə odlu, ilhamlıŞairin səsində ucalacaqsan.
Qanad çalacaqsan qaranquş kimi,Neçə bəstəkarın təzə notunda.Dünyaya gəlsən də boran, qış kimi,Baharsan yurdumun hər büsatında.
Şənlikdir qismətin, sevincdir payın,Qızların qaməti, boyu səndədir.Keçən il yar gəzən neçə subayınTəzə il, sevgisi, toyu səndədir.
Nəfəsi təngimiş anamız YerəGül yağsın, yağmasın mərmi, qurğuşun.Doğum evlərindən təzə evlərəKörpələr axışsın hey qoşun-qoşun.
Hamı uca tutsun insan adını,Qoy qəlbi qaralar yanıb-qaralsın.Yaxşılıq açanda qol-qanadını,Yamanlıq əlləri qoynunda qalsın.
Ağıllar, ilhamlar çıxsın yarışa,Silahsız zəfər də qəhrəmanlıqdır.Bütün küsülülər gərək barışa,Ən böyük səadət mehribanlıqdır.
Sən köhnə ilimin körpə qardaşı,Sabah bir əsrlik həqiqətimsən.Ümidsən, arzusan hər addımbaşı,Bol-bol nemətimsən, bərəkətimsən.
Səndə şimşək gücü, işıq sürəti,Elin günəş qəlbi, od nəfəsi var.Təzə fikirlərin sehri, qüdrəti,Təzə kəşflərin təntənəsi var.
Cütləyib çaatın əqrəblərini,Vaxtın ötməsini gözləmirik biz.Zəfərlə başlayıb ilk zəfərini,Bir ilə tən olar hər dəqiqəmiz.
Təzə il, hər qəlbdə təzə bir istək,Mənim də açdığım iz təzə olsun.Təzə kəndimiz tək, şəhərimiz təkİlham təzə olsun, söz təzə olsun!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-teze-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Candan eylədiPəncərədən hayıl-mayıl baxan yar,Baxan dilbər məni candan eylədi.