Həyat vəsiqəm
Həkimlər tapşırıb: – Oxuma qəti,Gözlərin tutulur, belə yaramaz.Oğlum da yağdırır mənə töhməti:– Ay ata, çox yazma, yat, dincəl bir az.
Deyirəm: – Bilsəm ki, növbə mənimdir,Yazaram, susdurmaz bu gur səsi qəm.Ağaran vərəqlər ağ kəfənimdir,Qaralan varaqlar həyat vəsiqəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-heyat-vesiqem
Use ← → keys to move, R for a random poem