Şəhərdə gəzdirirdiAnam bu səhər bizi,Dedim ona, gəlsənə,Çəkdirək şəklimiziŞəkil çəkən əmininOtağına gəldik biz.Əvvəl gülüb sevindiKiçik qardaşım Pərviz,Anamın qucağındaO, dinməzcə oturdu.Əmi də sevindi ki,Nə sakit oğlandur bu?İşıqlar yanan kimiDodaqları büzüldü.Aparata baxandaGözündən yaş süzüldü.O, diksinib qorxudanÇığırdı birdən-birə,Anamın qucağındanAz qaldı düşsün yerə.Əmi dedi: – Ağlasan,Axı şəklin pis düşər,Evdə bütün uşaqlarBaxıb sənə gülüşər.Mən onu dilə tutdum,Anam “ağlama” dedi,O, büzdü dodağını.Gülmədi ki, gülmədi.Anam o şəkilləriEvə gətirdi səhər,Gör bir necə düşmüşük,Pərviz düşüb nə təhər!Dodaqları sallanıb,Yanağına yaş axır.Bir gözünü qıyıb o,Bircə gözüylə baxır...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets