Cavanlığım
Səni mənə vüsal verdi,Hicran adlı, cavanlığım.Saçlarımı ağ görəndə,Fikrə daldı cavanlığım.
Qartal idim, birdən-birə,Zirvələrdən endim yerə.Bəlkə uzaq bir xatirə,Bir xəyaldı cavanlığım.
Səsləyirəm, geri dönməz,Gözləyirəm, o görünməz.Özü getdi, məni sönməzOda saldı cavanlığım.
Bir cüt qara göz itirdim,Gəzə-gəzə iz itirdim.Gec tapmışdım, tez itirdim,Tez qocaldı cavanlığım.
Çəkdim eşqin hər nazını,Gördüm hicran ayazını.Yar köklədi qəm sazını,Çaldı, çaldı cavanlığım.
Yox gileyim, şikayətim,Bəlkə buymuş öz qismətim.Hara getdi məhəbbətim,Harda qaldı cavanlığım?
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-cavanligim
Use ← → keys to move, R for a random poem
More by this author
Xan Şuşinskinin xatirəsinə*Burda qəlyanını tüstülədərdi,
Fələstin xalqıBir adam didərgin düşsə vətəndən,Qürbət əzabıyla köksü dağlanar.
Hara yazaq?Uşaqlıqdan bilirəm ki, Yer kürəsindəNeçə faiz quru yer var, neçə faiz su
QıfılDüzlüklə döyünsün qəlbi hər kəsin,Hamı halal gözlə baxsın həyata.
Poems by other poets · Separation
در تماشای بهار و باغ و بستان دم مزن
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
Gəl, ey dili-bimarimə olan təbib, ölürəmGel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Həsrət çəkirəmSöhrab Tahirə*Sənsizəm, vəslinin uğrunda müsibət çəkirəm,