Qonaq gəldik Yer üzünə,köçəcəyik.Cəfər deyən o “badədən”içəcəyik.

Fəqət necə qəbul etdi,deyin bizi,Qonaq evi – bu gen dünyaoxşadımı qəlbimizi?

Lütfkarmı ev sahibi –bəşəriyyət?Qonağına zəhər verdi,yoxsa şərbət?

Şad olduqmu rəftarından,əməlindən;Baş götürüb qaçdıq yoxsa,qəm əlindən?

Bu sorğuya cavab verməkdeyil asan –Razı da var, narazı daqonaqlardan.Qonaq evi – qarışıqdıro büsbütün;Ev sahibi öz halındadeyil bu gün –Yadlar olub komasındaşahlıq edən.Gileylidir bu dünyayagələn-gedən.

Necə olsun, razı qalsıntəzə qonaq,qarşılansın, yola düşsündamağı çağ?

Hanı belə qonaq evi,biz göstərək,dünyanın hər guşəsinənişan verək.

Bilmiş olar; Kişinyovayolu düşən,bir bina var, çölü gülşən,içi gülşən.

Kasa Mare – qonaq evi,keç içəri!Nəvazişlə qarşılayırgələnləri.

Əyləşməmiş mey süzərəkqədəhinə,“Xoş gəlmisiz! Xoş gəlmisiz!”deyər sənə.

Moldaviyanın ən mehribanoğlu, qızı,Öz evində babasıtək,nənəsitəkNemət süzər süfrələrəətək-ətək,Bu otağa girən razı,çıxan razı!!

Qonaq gəldik Yer üzünə,köçəcəyik.Cəfər deyən o “badədən”içəcəyik.Bir nisgili aparmayaqözümüzlə.Məhkum görək məhkumluğugözümüzlə.

Kaş, hər yanda ev sahibiqova yadı,əl-qol aça öz yurdundaöz övladı.

Bu sahmanda, bu nizamdaqala dünya,hamı üçün Kasa Mareola dünya!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets