Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir,Mən fəqirə lütf ilə ehsan edərsən, vəqtidir.

Növbahar oldu, gözüm istər cəmalın görməyə,Əzm edib gülşən saru, seyran edərsən, vəqtidir.

Çox zamandır qönçətək bağrımnı pürxun eylədin,Ləblərini gül təki xəndan edərsən, vəqtidir.

Zülməti-hicrin fəraqın çəkmişəm, dövranda çox,Vəslini bu könlümə mehman edərsən, vəqtidir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xeyli vəqtdir kim, Xətai zülməti-hicran çəkir,Ləblərini çeşmeyi-heyvan edərsən, vəqtidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation