Yanağın ey pəri can mənzilidir,Bu bülbülnün gülüstan mənzilidir.

Ayağın basdığı yer, ey dilaram,Bu mur üçün Süleyman mənzilidir.

Saçının zülmətində təşnə Xızrəm,Dodağın abi-heyvan mənzilidir.

Bitibdir qamətin çeşmim üzündə,Nə xoş sərvi-xuraman mənzilidir.

Götürmə ağ yüzündən qarə zülfün,Ki, əqrəb mahi-taban mənzilidir.

Mürad üçün gəlibdir dil qapına,İnayət qıl ki, ehsan mənzilidir.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xətai könlünə yar mehri düşdü,İmarət qıl ki, sultan mənzilidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love