Zərreyi-mehrində daim, ey cəmali-afitab,Əbr yüzündən götürgil dutmagil məndən hicab.

Dur dedim yarin köyündən, ey rəqibi-rusiyah,Xəstə bülbül var ikən neylər gülüstanda ğürab?

Ey gözü nərgiz, yüzü gültək, boyu sərvi-rəvan,Ta ki, səndən ayrı düşdüm, xəstəyəm halım xərab.

Cənnəti-vəslindən ey, canım məni dur eyləmə,Mən fəraqın atəşindən çəkmişəm dərdü əzab.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bu Xətai həqqinə dayim dutubdur çox ümid.Aqibət rəhm eylə anə saəti-yovmülhesab.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation