Sənsən
A bimürvət, soruşmadın halımı,Artıran möhnəti, məlalı sənsən.O süzgün baxışın alır canımı,Sərəfraz dağların maralı sənsən.
Mail oldum ağ sinənin ağına,Girəydim qoynuna – Cənnət bağına.Əl ataydım Şamamanın tağına,Dağıdan fikrimi xəyalı sənsən.
Musa deyər, mənəm bəxti qaralı,Dərmandı xəstəyə ləblərin balı.Səni sevən neylər dövləti, malı,Malı, mülkü cahü cəlalı sənsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-musa-sensen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qız
Aşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Yavaş-yavaşBağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş
Nikola məbədindəBir gün məbədə getdik,Praqada Nikola məbədinə.
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,