Yeyib-içib gəzə-gəzəSöz qoşuram təzə-təzə.İstəmirəm çatam yüzəUzun ömrüm xalqı üzə.

İstəyirəm yaraşıqlaYaşamağı dərk eləyim,İstəmirəm bu dünyanıÖlə-ölə tərk eləyim.

Yaman gözə inanmıramYaxşı gözlər olan yerdə.Acı sözə inanmıramŞirin sözlər olan yerdə.

Qaşqabağa inanmıram,Gülər üzlər olan yerdə.Qocalmağa inanmıramCeyran qızlar olan yerdə.

İstəmirəm ömrü başaVurum nəmli kəsafətlə,İstəyirəm olan-qalanGünüm keçsin təravətlə.

Vərdişimi dəyişmədim,Neçə-neçə il içində.Gərdişimi dəyişmədimNə tikan, nə gül içində.Rəngdən-rəngə girə-girəBuqələmun! Öl içində!Nəyə gərək bu xislətin?Niyə tökülməyir ətin?

Sığalladım sifətimiSifətimə şükür olsun.Özgə sifət istəmirəm.Qismətimə şükür olsun,Özgə qismət istəmirəmMöhlətimə şükür olsun,Artıq möhlət istəmirəm.

Paxılların, xəbislərinVallahi ki, vicdanı yox.Nakəslərin, nacinslərinNə dini, nə imanı yox.Başqa söz ki, birimizinNöqsanı az... nöqsanı çox...Buyur da... qoy tərəziyəKimin yaxşı-yamanı çox...Düz çək, pərsəng istəmirəm,Tez eylə, ləng istəmirəm.

Səhralarda karvan gedir,Axar sular rəvan gedir,

Uman yerə güman gedirGümanla bir... zaman gedir.Hədər güman istəmirəm,Hədər zaman istəmirəm.

13 mart,1998

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets