Gətirmə
Onsuz da ömrümün xəzan çağıdır...Xəzanın üstünə xəzan gətirmə!Ürəyim mehə bənd gül yarpağıdır...Onu qoparmağa tufan gətirmə!
Onsuz da heç nədən dolan gözüməKəsilmək bilməyən leysan gətirmə!Onsuz da işığı solan gözüməQaranlıq gətirmə, toran gətirmə!
Onsuz da gəncliyin sönübdür odu...Soyuq sarayıma boran gətirmə!Tutqun göylərimin yoxdur hüdudu...Tutqun göylərimə duman gətirmə!
Onsuz da yandırıb-yaxan bir neyəm,Ney yandıran yerə... kaman gətirmə!Acı şikayətəm, həzin gileyəm...Sakit olmağıma güman gətirmə!
Onsuz da gecikən vüsalımıza,Gəl vaxtsız-və’dəsiz hicran gətirmə!Qabiləm, rəhm etmə əhvalımıza...Aman istəmirəm... aman gətirmə!
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-getirme
Use ← → keys to move, R for a random poem