Unutmayaq 1905-ci ili...18-in... yanğınınaSu səpməyək ha!..Daha bəsdir... eşitməyək“Dili qafili...”Barışığa qol açmayaq.Uçmayaq daha!Qardaşlığın sağlığınaArsız-arsız

Dibinəcənİçməyək daha!

Olan-oldu,Keçən-keçdiDeməyək daha!QonşuluqdaOlan işdi,Deməyək daha.YediyimizXirtdəyəcənBəsimizdi, ah!...Axmaq olub,Maymaq olub,Uşaq olub,Yeməyək daha!Yaddan çıxa bu qan-qadaYaman qorxuram.Körpələrim yandı odaYaman qorxuram.Namusumun ləkəsiniSellər də yumaz.

Namusumda ləkə qala,Yaman qorxuram.18-də LənkəranımBoyandı qana,Qırğın düşdüŞamaxıda - əngəxərana.Neçə obam, neçə elim,Qaldı virana.Qorxuram ki,Acıdərə qucağındakıTürkün qəbri yandığındanQalxa üsyana.Qan yaddaşım itəcəksəİtəcəksə ah...XocalınınAğlasığmaz müsibətləriErməninin ağlasığılmazCinayətləriBelə asan, belə sakit...Bitəcəksə ah...

Sülh ayrıdır...

Təslim ayrı.Kin ayrıdır,Zalım ayrı.Tükü tükdən demirəm ey!..Tükü tirdən ayır,Bəsdi.Əsrlərin qəsdidi bu.Sən bu qəsdə qarışdırmaBir ötəri sui-qəsdi.

bəsdi, biziYapışqanla yapışdırdılarBir ötəri yığıncaqda,Bir mərasimdəİtələyə-itələyəÖpüşdürdülər.Öpüşəndə yadına salMurov dağını.Əsirlərin xaç damğalıSinə dağını.Öpüşəndə yadına salŞəhid qanını.

Viran olmuşAzərbaycan xanimanını.

Bu söhbətdə heç kimMənim qahmarım deyil.Unutqanlıq mərhəmətim,Vüqarım deyil.Məst etməsinDanışıqlar badəsi bizi!Çox sayıblar sadələrinSadəsi bizi.Qan yaddaşım,Can yaddaşım,Vicdan yaddaşım,Əcdadımın uyuduğu,Övladımın böyüdüyüMəkan yaddaşım,HüceyrəsiHüceyrəminDüşməninəNifrət yaddaşımKorşalmasın

Qisas-hiddətYaddaşımKorşalmasınHünər-qeyrət yaddaşımKorşalmasın!Allah, Allah...Qətiyyət yaddaşımKorşalmasın!

6 aprel, 1995

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets