Üz yumuşaq, ar ilə qeyrət zəif,Bərk canımız yaxşıdı ki, yaxşıdı.

Cəmisi səkkizcə rayon satmışıq,Vicdanımız yaxşıdı ki, yaxşıdı.

Azad olan çöldə çörək tapmayır,Zindanımız yaxşıdı ki, yaxşıdı.

Qız soyunur yubkanı oğlan geyir,Dövranımız yaxşıdı ki, yaxşıdı.

İndi də qırxır bizi türk berberi,Qırxanımız yaxşıdı ki, yaxşıdı.

Qorxanımız çoxdu efirdən bizim,Orxanımız yaxşıdı ki, yaxşıdı.

İllər ilə "Qulp"a mübariz çıxan,Oğlanımız yaxşıdı ki, yaxşıdı.

Özgə yanından bizə təhlükə var,Öz yanımız yaxşıdı ki, yaxşıdı.

Aşkarımız cümlə biabırçılıq,Pünhanımız yaxşıdı ki, yaxşıdı.

18 iyun, 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets