Dəf, dumbula girdi
Azadlığa çıxdıq, hərə bir cür yola girdi,Quldur mala, puldar pula, muzdur çula girdi.
Mədhiyyəçilər şöhrətə, mənsəblərə çatdı,Fürsətdə, məqamda hərə bir ustula girdi.
Qanun bizi qorxutmaq üçünmüş, nə bilim mən,Qorxutdu bizi leyk özü, puldan pula girdi.
Yardımları toylarda şabaş eylədi məlun,Əllər göyə qalxdıqca,ayaqlar «pola» girdi.
Vaxtında başın kəsmədik, o, meynələrin biz,Kol-kos bağı basdıqca, uzandı kola girdi.
Nazir qapısı yaltağa daim açıq oldu,Nazir qolu qoyduqca, o qoldan-qola girdi.
Sərvət yiyəsi səbri bizə tövsiyə etdi,Ellər çöpə döndü, özü şişdi rula girdi.
Yüz dəf yığıla bir yerə, dumbul səsi verməz,Dumbul səsi yığdı, sora dəf dumbula girdi.
Tülkü şiri taxtdan elədi, şir belə getdi,Meymunların icmasına indi tula girdi.
Kim tikdi, kimin boynuna qoydu, nə işim var,Amma kələfin bir ucu İstanbula girdi.
Göylər yerə endikcə dəyişdi Baba pünhan,Çaşqın qalan hər kəs dedi Pünhan rola girdi.
10 mart 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-def-dumbula-girdi
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə al - qırmızı ustullara rüsva yeriyir,Yenə imzalar içində neçə fitva yeriyir.
Urus nemesdü qərdeşim!Bizim qurum "mobil" nidü, əsası səsdü, qərdeşim,Dinəndə "NO"du bilginən, susanda "ÜES"dü qərdeşim.
BakıSentyabr gələni gündə tutur yası Bakı,Bakı məktəblisinin yoxdur əlifbası Bakı.
Yüzlərlə cavanım yoxduNə qədər toxlar arasında doyanım yoxdu,Kasıbın doymağına zərrə kümanım yoxdu.
Poems by other poets
Neyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Bax fələk Şamdə bir zümreyi-kafər yerinəBax fələk Şamdə bir zümreyi-kafər yerinə,Künci-viranədə həm Ali-Peyəmbər yerinə.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,