Baxmaz yaşa daş
Neçə illərdi yazır ölkədə başdanbaşa daş,Belə getsə, basacaq başları başdan-başa daş.
Daşı bir yerdən atırlar bölünür daş ikiyə,Bu daşın sirrin açanda dəyəcək sirdaşa daş.
Yuxarı zümrələrin gizli şüarı belədir:«Bu avam xalq oyananda yaşa qənbər, yaşa, daş!»
O zamandan ki çəkiblər bizi meydan üzünə,Bax o gündən də salıblar aşa daş, bozbaşa daş.
Daşı atdın yekəsin at, arama xırdasını,Yekə daş olsa, çətin ki, yekəbaşdaş aşa daş.
Qarabağ Azərbaycanımızın tək qaşıdır,Qaşa göz dəydi, o gün ki, yağı atdı qaşa daş.
Yenə aləm, yeni Adəm, yeni Həvva gələcək,Olacaq Kəbə daşı Kubə daşıynan qoşa daş.
Demə, Pünhan, sənə atmaz daşı, ağsaqqalsan,Şoru balnan bir olan ölkədə baxmaz yaşa daş.
13 sentyabr 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-baxmaz-yasa-das
Use ← → keys to move, R for a random poem
More by this author
İlahi, bu nə qəmdir, nə zülümdür?Ölən bülbülümdür, solan gülümdür.
Yalan çeyniyə-çeyniyəYalan sözü at ağzına, dolan çeyniyə-çeyniyə,Tüpür acı həqiqətə, yalan çeyniyə-çeyniyə.
Çılpaq dizimizdənSeçdiklərimiz fəndlə seçilmiş özümüzdən,Ondandı ki, bivecləri qaçmış gözümüzdən.
Yadımdan çıxıbMillətimin halı yadımdan çıxıb,Qəm oxuyan valı yadımdan çıxıb.