İlahi, bu nə qəmdir, nə zülümdür?Ölən bülbülümdür, solan gülümdür.

Xiyabanlar şəhidlə doldu getdi,Kürəklərdən axan qanlar selimdir.

Siyasət məhv edər bir gün cahanı,Siyasət bir anlaşılmaz elmdir.

Ürəklərdə bunu, Pünhan, unutma,Yaşanmaqçün ən yaxşı yol ölümdür.

5 avqust, 1992

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets