Gecə... Uzaq diyardaQəfil bir mərmi dinir,Milyonların köksündəBəslənilən arzularKörpə kimi diksinir.Sevgiyə sədaqətiSınamaq əvəzinəÖlümün, fəlakətinGücünü sınayırlar.Bulud da parçalanır,Göyə hakim kəsilənSükut da parçalanır.Torpaq sükut sevməyir,Qoy dünya gecələr dəSədalı, səsli olsunSəslər səhər müjdəli,Həyat nəfəsli olsun.Əgər dönsə yer üzü,Musiqi salonuna,Mən sübhəcən layla təkQulaq asaram ona.Min sərnişin qatarıGurultu sala-sala,Gecə keçsin yanımdanUzaq, yaxın mahala,İncimərəm yuxudanOyansam da qəfildən.Bəlkə həmin səslərdəƏn gözəl bir şeriminİlk səsini tapdım mən.Səs var qorxu gətirir,Səs var vahimə yayır,Əsrin qulaqlarındaAtom olub partlayır.Gəlin nifrətimiziDəryaz edək – kəsək bizO səslərin kökünü,Dünya dənizə töksünÇiynini donqar edənAğır atom yükünü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets