Qələbə nəğməsi
Bu gün xalqım şair kimi coşub çağlayır,Sevinc dolu ürəklərdə zəfər səsi var.Torpağımı günəş öpür, göy qucaqlayır,Hər tərəfdə bayram eşqi, toy həvəsi var,Yer üzündə Azərbaycan təntənəsi var?
Tarixlərə yaraşıqdır bu hünərimiz,Dost gözlərə bir işıqdır xoş xəbərimiz.Bol nemətdir, bərəkətdir alın tərimiz.Hər igidin ağ qızıldan bir Kəpəzi var,Yer üzündə Azərbaycan təntənəsi var!
Salxım-salxım üzümlərim göydən asılsa –Qoy ulduzlar utanmasın sayı az olsa.Ürəyimdə Xəzər boyda səs, avaz olsa,İlhamımın ümman kimi kükrəməsi var,Yer üzündə Azərbaycan təntənəsi var!
Bəxtiyardır belə xalqın özü, rəhbəri,Bayraqlarla qucaqlayır zəfər-zəfəri.Dünya bilir Vətənimin illərdən bəriQəhrəmanlıq, qabiliyyət ənənəsi var,Yer üzündə Azərbaycan təntənəsi var!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-qelebe-negmesi
Use ← → keys to move, R for a random poem
More by this author
Yığılsın başıma dostlar, tanışlar,Otağım böyüsün kainat qədər.
Çadra tapılmadıYavaş-yavaş aralanır məxmər pərdələr,Çil-çıraqlar ağ salona səpir nurunu...
Azərbaycanım gəlirMoskvanın qoynunaŞerim, dastanım gəlir.
Mübariz çağırışEy gənclik, hazırla zəfər çantanı,Yolçu yolda gərək demiş babalar.