Zəfər yaraşır
Qoy bu şerim sovqat olsunbəxtəvərlərə,Ər qeyrətli gəlinlərə, igid ərlərə.Ürəyimiz həmdəm olub şad xəbərlərə –Bu gün yenə sevinçimiz qaynayıb-daşır,Azərbaycan torpağına zəfər yaraşır!
Bayraqlardan işıq alır, güc alır Vətən,Təntənədən təntənəyə ucalır Vətən.Zəhmət, hünər yarışındatac alır Vətən.Şan-şöhrətim aya çatır, günə yanaşır,Azərbaycan torpağına zəfər yaraşır!
Silkələnib geriliyin daşını atdıq,Ordu kimi cərgə-cərgə güclənib artdıq.Qələbədən qələbəyə körpü yaratdıq.Elə gücü selə dönür, dövlət-var aşır,Azərbaycan torpağına zəfər yaraşır!
“Ağ qızıl”ım, sarı salxımdəniz-dənizdir,Alnımızın təri kimi safdır,təmizdir.Bu yüksəliş amalımız, əqidəmizdir.Ömrümüzə günəş ruhlu səhər yaraşır,Azərbaycan torpağına zəfər yaraşır!
Bu qardaşlıq, bu azadlıq ölkəsində biz,Birinciyik qaliblərin cərgəsində biz,Yerin, göyün yenə diqqət mərkəzində biz.Səsimiz bir şəlalətək coşur, gurlaşır,Azərbaycan torpağına zəfər yaraşır!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-zefer-yarasir
Use ← → keys to move, R for a random poem