Ey könül, umanlar coşsun səsində,Şerin qanad açan günüdür bu gün.Bütün ölkələrə yer kürəsindəDe ki, Azərbaycan günüdür bu gün!

Dostları şad görüm, yadları dalğın.Arzumun gül açan günüdür bu gün.Şöhrətli vətənin, qeyrətli xalqınTarixə nur saçan günüdür bu gün.

Payızdan xoş ətri gəldi baharın,Elimin sevinci aşıb-daşıbdır.Sifəti nurlanıb ağsaqqalların,Ağbirçək analar cavanlaşıbdar.

Sizə müntəzirdir kaman da, tar da,Bəzənin, düzənin, nişanlı qızlar.Tovuz quşu kimi süzün mağardaXilqətdən ənlikli, kirşanlı qızlar.

Ellərdən ellərə şad xəbər yayın:İllər sürətini verib anlara.Bol-bol üzümündən şərbət paylayın,“Ağ qızıl” toplayan qəhrəmanlara.

Xalqımın adına nurlu heykəldirGünəşə ucalan bəyaz tayalar.Gör nə tamaşadır, nə gəlhagəldir:Önündə kiçilir dağlar, qayalar.

Yarış cəbhəsində, iş meydanındaArtır gündən-günə şöhrətim-şanım.Zamanın ən çətin imtahanındaƏla qiymət alıb Azərbaycanım!

Dünyanı mat qoyub bu arzu, həvəs,Xalqımın öyünən günüdür bu gün,Bütün ürəklərin həmrəy, həmnəfəsSevinclə döyünən günüdür bu gün.

Ən gözəl kəlmələr axtarın, seçin,Dostlar, alqışlardan Azərbaycana.Hələ neçə-neçə bayraqlar biçinQızıl qumaşlardan Azərbaycana!

Bayramın mübarək, ey ana Vətən!Hünərlər, zəfərlər izləyir səni,Şöhrətin ən uca zirvəsindəsən,Hələ çox zirvələr gözləyir səni!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland