Azərbaycanım
Yüz illər uğrunda sinə gəribdirKoroğlular nəsli, Azərbaycanım.Qan ilə yuyulmuş yaşıl düzlərinQış olub hər fəsli, Azərbaycanım.
Ağrın bizim olub, dadın özgənin,Axdın ciblərinə yadın, özgənin,Özün odlar yurdu, odun özgənin,Çıraqları hisli, Azərbaycanım.
Bürüyüb çadraya yüz-yüz pərini,Boğdular ən şirin diləklərini,Gəlinlər saz kimi hörükləriniÇaldı gizli-gizli, Azərbaycanım.
Babək itirsə də tunc qollarını,Döyüşə səslədi oğullarını.Dedilər, əyməsin şah vüqarınıQoşqarlı, Kəpəzli Azərbaycanım.
Tarix özü desin, bu necə sirdi,Şeir, söz çələngi daşda bitirdi.Dünyaya sığmayan şair yetirdiZindanlı, məhbəsli Azərbaycanım.
Bir gün son qoyaraq göz yaşına sən,Atıldın azadlıq vuruşuna sən.Səs-verdin qəlbinin çağrışına sənİnqilab həvəsli Azərbaycanım!
Analar dikəltdi əyri qəddini,Arzular böyütdü öz sərhəddini,Millətlər içində qızıl xəttiniYazdın, azad oldun Azərbaycanım!
Ən gözəl günündür, ən əziz çağın,Hüsnünü bəzəyir qızıl bayrağın.Səadət müjdəli ana torpağınDünyada yox misli, Azərbaycanım!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-azerbaycanim
Use ← → keys to move, R for a random poem
More by this author
Oxudun “Qarabağ şikəstəsini”,Ürəyim alışıb yandı közünə.
Şuşanın şəhər bağındaXan Şuşinskinin xatirəsinə*Burda qəlyanını tüstülədərdi,
Fələstin xalqıBir adam didərgin düşsə vətəndən,Qürbət əzabıyla köksü dağlanar.
Hara yazaq?Uşaqlıqdan bilirəm ki, Yer kürəsindəNeçə faiz quru yer var, neçə faiz su
Poems by other poets · Homeland
Ağlayar yurd deyə qürbətdə qalan dərddaşlar,Çağlayar yurd deyə yurddaşlar ilə yurddaşlar.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
DünyanıAnası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım