O qartal şəninə mən,Nəğmə yazdım sübhə kimi.Boşaltdım ağ varaqlaraTəlatümlü ürəyimi.Son misraya nöqtə qoyub,Dedim qalxım tez ayağa.Radiodan təzə xəbərAxdı evə dalğa-dalğa.Düşündüm ki, ulduzlaraSalam verib, salam alan,Asimanın qucağındaGecələyən o qəhrəmanYəqin səhər enib yerə.Mən diktorun söylədiyiHəyəcanlı kəlmələrəQulaq asdım, vüqarımdanUlduzlara qanad açdım.Sinəmə bir şeir axdı,Dilə gəldi bir də ürək.Son misranın nöqtəsiniVergül edib, yenə yazdım.Gah danışan radioya,Gah könlümə qulaq asdım.Qulaq asdım ölkələrin,Mahalların səsinə mən,Yer kürəsi titrəyirdiMilyon dilli bu səslərdən.Hələ dünən əzbərlədikKosmonavtın adını biz,O, uçduqca sübhə qədərYumulmadı gözlərimiz.O, uçduqca sevinc axdı,Qürur gəldi hər ürəyə.Səhər oldu, bir qartal daArxasınca qalxdı göyə.Nöqtə qoymaq istəmirəmBu şerimin sonuna mən.Bəlkə bu dəm Yer üzündənUlduzlara qonaq gedənNövbəti bir qartalımdanRadiolar söhbət açıbDalğa-dalğa yaydı yenə.İnanıram mən insanınBu hüdudsuz qüdrətinə,Ana torpaq, sən də eşitÜrəyimin gur səsini:Ulduzların hüzurundaBir gün özüm qoyum gərəkBu şerimin nöqtəsini!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets