Maestro Niyazinin xatirəsinə
Göz yaşımı qarışdırıb mürəkkəbimlə,Qulaq asıb ürəyimin fəryad səsinə.Mən ilk dəfə əlbəyaxa olub təbimlə,Söz gəzirəm Niyazinin xatirəsinə.
Əlim gəlmir, barmaqlarım qopur qələmdən,Təntiyirəm, sanki ağır dağlar aşmışam.Axı, bir vaxt “Rast”ın şirin sədasıyla mənBir gecədə Niyaziyə dastan qoşmuşam.
Ağlamaqmı, təskinlikmi son əlacımız?Qara getdi, Fikrət getdi, dərdim çox oldu.Azərbaycan musiqisi şöhrət tacımız, –Bir qiymətli daşı vardı, o da yox oldu.
Dahilərin qənimidir amansız əcəl,O susdurdu qartal səsli bir sənətkarı.Görün kimə əl uzatdı o qansız əcəl:Köçdü ölməz Üzeyirin son yadigarı.
Yayın günü qəlbimizə çökdü qar, boran,Sinəmizdə kitab oldu dərd varaq-varaq.Milyon-milyon ürəklərdə tufan qoparan,Bu əlləri biz torpağa necə tapşıraq?
O musiqi ümmanıydı, əvvəli-sonuGörünməzdi, gecə-gündüz qaynayıb, daşıb.Mən ağlıma sığışdıra bilmirəm bunu:Ümman kiçik bir tabuta necə sığışıb?..
Nəğməkarlar yetim kimi sinəsi dağlı,Bəstəkarlar sərkərdəsiz qalan qoşundur.Çiyinlərdə aparılan qara fraklı,Qanadları qəfil sınan qaranquşumdur.
Yer üzündə, öz kəndində, öz mahalındaQüdrətiylə daş dil açar, dağ titrəyərdi.Çubuğunu qaldıranda pultun dalında,Azərbaycan başdan-başa nəğmə deyərdi.
Əfsuslar ki, o əlvida deyib həyata,Ağrıları bütün xalqın canına gəlib.Musiqimin Koroğlusu Üzeyir ata,Musiqinin xan Eyvazı yanına gəlib!
Gərək onu gözüm görə, dilim səsləyə,Hünər, şöhrət zirvəsidir sənət dağındaÖ ölümə qılınc çəkib, ölümsüzlüyəƏbədilik qovuşmuşdur öz torpatında!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-maestro-niyazinin-xatiresine
Use ← → keys to move, R for a random poem
More by this author
Bir “ovçu” ceyranı görür qəfəsdə,Gözləri qurd kimi yanıb parlayır.
Min şükürQaz dedi qarğaya: – Çox qarıldama,Hər səsin çıxanda ətim ürpəşir.
Qaya və təpəQumluqdan sal qaya çıxdı bir dəfə,Karxana küncündə atılıb qaldı.
Kürsüdə və həyatdaAğzı köpüklənir yenə kürsüdən:– Köçkünlər, canım da qurbandır sizə.
Poems by other poets
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
MəsnəvilərNeçə şərt ilə ölçülərsə camal,Şərt-əvvəldir hüsnə əqlü kamal.
Qəzəl: Hər zəman kan qəd-o balaهر زمان کان قد و بالا ز نظر میگذردوه چها بر دل و بر دیدهٔ تر میگذرد
Nerdəsən gəl, ey yüzü ağım bənimNecəsən gəl, ey yüzü ağım bənim?Sən əritdin odlara yağım bənim.