Qaya və təpə
Qumluqdan sal qaya çıxdı bir dəfə,Karxana küncündə atılıb qaldı.Ona yanıq verdi kiçik bir təpə:– Gör səni bərkliyin nə günə saldı!
Qaya cavab verdi: – Məni külünglərDoğrayıb çarpdıqca diriləcəyəm.Göyə sovuracaq səni küləklər,Mənsə bir divara hörüləcəyəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-qaya-ve-tepe
Use ← → keys to move, R for a random poem
More by this author
Maestro Niyazinin xatirəsinə
Göz yaşımı qarışdırıb mürəkkəbimlə,Qulaq asıb ürəyimin fəryad səsinə.
Fikrət Əmirovun xatirəsinəSən sənət zirvəsiniFəth eləyən qartaldın.
KorluqDeyirlər kor olub Homer əzəldən,Gözləri seçməyib qaradan ağı.
BezdirmisənAvqust günəşindən boğulur nəfəs,Təntiyib tuturuq ürəyimizi.