Millətimin halı yadımdan çıxıb,Qəm oxuyan valı yadımdan çıxıb.

Yaxşı güzaranlısı dövrəmdədi,Fağırı, hambalı yadımdan çıxıb.

Bağlı Qobustanda günahsızların,Zənciri, qandalı yadımdan çıxıb.

Türkü ərəb musiqisin dinlərəm,Tarımın üzzalı yadımdan çıxıb.

Qızlarımız uydu göbək rəqsinə,Ay nənə "Vağzal"ı yadımdan çıxıb.

"Polka"ları indi "banan"lar tutub,Bağdakı şaftalı yadımdan çıxıb.

"Boka" bizimçün elə bir iz qoyub,hacbabanın xalı yadımdan çıxıb.

"Yevromid"ə ta qoşulandan bəri,Azəri siqnalı yadımdan çıxıb.

Kəsmə şikəstə oxuyun ağlayım,Çünki şikəst halı yadımdan çıxıb.

Göz yaşımı silməyə yoxdur əlim,Sanma ki, dəsmal yadımdan çıxıb.

Nəslim üçün çox qabağı görmüşəm,Çox qabağın dalı yadımdan çıxıb.

Göydə Əliynən vuruşan İblisin,Yerdəki timsalı yadımdan çıxıb.

Pünhan, hədəf etdiyin insanların,Sonrakı əhvalı yadımdan çıxıb.

4 iyul, 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets