Milli zibildən danışım
Məni göndər ABŞ-a, dərdimi dildən danışım,Bürüyən məmləkəti milli zibildən danışım.
Ora ixrac eləyim Azərbaycan zibilin,Bura göndərdiyinə qoyduğu güldən danışım.
O zibillər ki, keçir bizdə nəsildən-nəsilə,Çox üfunətli olur, mən bu nəsildən danışım.
Gələcək nəslimizə rüşvəti, korrupsiyanı,Necə təlqin edirik, bax bunu zildən danışım.
Yeni bir əsr gəlir – əsl müsəlmana gəlir.Bu yeni dövrə zibilnən keçən eldən danışım.
«Daleko» getmədi ölkəm «şirako» addım ilə.«Şirako»dan çölə çıxmış «babasil»dən danışım.
Bu müqəddəslər olan torpağa NATO nə gərək?Qarışar neftə barıt, böylə fitildən danışım.
Danışım, «vauçer»i əldə, zibillikdə gəzən,O gözüyaşlı, başıdaşlı tifildən danışım.
Zibil üstündə yatan arxalı milçəklərdən,Zibil altında qalan cüssəli fildən danışım.
Müstəqilik olanı fərdi zibillər çoxalıb,Bunu hakim necə örtür? Bu qəbildən danışım.
Oxunub surə, çatınca Zamana Sur səsi,Sənə Pünhandakı səs-küylü təbildən danışım.
13 fevral 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-milli-zibilden-danisim
Use ← → keys to move, R for a random poem
More by this author
Zaman saatdır əqrəbi məqami-çəngi göstərir,Cihada hazır ol sənə həyat fişəngi göstərir.
Sahil qara gündəAy örtdü günü, qaldı günüm bil, qara gündəGün qarə olan ildə olar il qara gündə.
Halalım gedibTa ki, o gündən mənim, mah cəmalım gedib,Sanki əlimdən tamam, cah cəlalım gedib.
Nəşrdə «divan»ı çıxırKimə səs verməyə hazırlaşıram canı çıxır,Kimə bel bağlayıram sübh səhər cani çıxır.
Poems by other poets · Homeland
چرا نقاب ز رخسار خود نمیفکنی
Azərbaycan süruduEy torpağı ləlü mərcan, Azərbaycan, Azərbaycan,Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!
Axır ki, ağlat millətiHər gecə şamdan sora, ey MolləliQoy çırağı qarşüva, aç mətqəli,
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!