Hər nə çıxar yaxşı pis, öz içimizdən çıxar,Düşməni dəf etməyə, güc gücümüzdən çıxar.

Erməni öz ülgücün, boynumuza çox çəkib,Gün gələr inşəlla ki, ülgücümüzdən çıxar,

Heyf paxıllıq kimi, heyvərə xislət bizim,Daxilimizdən girib, xaricimizdən çıxar.

Ömrü boyu gic deyib, erməni alçaq bizə,Bicləri ram eyləmək gicgicimizdən çıxır.

Nola «mənəm» yox, «mən» ol, mən də dönüm «sən» olum,Bir də əgər olsa «o» güc üçümüzdən çıxar.

Umma Ərəb, Türkiyə, ya ki, İrandan kömək,Gərçi müqəddəs bizim «İflic»imizdən çıxar.

Tikmə saraylar, daşı sovrulacaq göylərə,Haqq olana daxmalar, kərpicimizdən çıxar.

Çox hacılar verdi söz, Pünhana imdad edə,Axırı bildim, bu şey pak həcimizdən çıxar.

20 may 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets