Kim nə çalsa çırtma vurmaqçün təbil olmuşlarıq,Sivri dırnaqlar içində müstəqil olmuşlarıq.

Biz nə qaçqın, biz nə köçgün, biz nə sərgərdanlarıq,Biz gədanı şah görüb, dərddən səfil olmuşlarıq.

Siz girəndə bir qoşa zənbil ilə hər gün evə,Bizsə boş ciblərlə arvaddan xəcil olmuşlarıq.

Pambıq ilə baş kəsəndə söylədim kimsiz - dedi,Lənətullahi - Yezidlə bir nəsil olmuşlarıq.

Siz paradan doymayan bir naşükür məxluqsunuz,Biz parasızlıqdan illərlə zəlil olmuşlarıq.

Baxma gəl ümmid dolu gözlərlə, ey xəlqim, mənəGuya bilmirsən nə yollarnan vəkil olmuşlarıq?

Əcnəbini əllər üstə gəzdirib fəxr eylərik,Doğmaya əl tutmağa gəldikdə şil olmuşlarıq.

Bizlərə Pünhan əgər harın deyərsə haqqı var,Çünki biz hər yerdə bu adnan dəlil olmuşlarıq.

9 iyul, 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets