Heyrət, ey bit, başda çövlanın keçal eylər məni,Ta ki, sən varsan cəmaət çox sual eylər məni.

Tək mənim başımda gər, dəlləklik etsən dinmərəm,Millətə dəlləkliyin çox xəstəhal eylər məni.

Bit basıbdır əsgəri, əsgər bitə qulluq edir,Bitlərin dövranıdır, bitlər zaval eylər məni.

«Bitpərəst» olmuş didərginlər çadırlardan qaçar,Üz tutarlar şəhrə, qoymazsam, cığal eylər məni.

Şırdanım şordan çıxıb, gordan xəbər yoxdur hələ,Get-gedə hiss eylərəm, tale motal eylər məni.

Üstü-başım bit, günüm it, səbr ilə ömr eylərəm,İqtidarım xoş günü sərsəm-misal eyləp məni.

Mən təmiz bir bəndəyəm, zalım fələk bilməm nədən,Kafir əlnən cırtmalanmış bir qaval eylər məni.

Bir zamanlar qalmaqal etsəm, əgər tən etməyin,Az.TB-nin məhdi, sovqi-qalmaqal eylər məni.

Pünhanam, mən haqq sözümlə çox nahaqlar sancmışam,Gün gələr sancdıqlarım, sancıb medal eylər məni.

14 mart 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate