Elə bir dövr gələr hamı acından qırılar,Bəşərin səbri daşar, şah tacından qırılar.

Kasıba tutduğun əldən tutar Allahın əli,Kasıba tutmadığın əl ağacından qırılar.

Qayıdar Həzrəti İsa ilə Sahib Zamanım,Bəşər İslama gələr, kilsə xaçından qırılar.

O, Zamandır, o amandır, o gümandır, odur haqq,Ona Haqq söyləməyən, son əlacından qırılar.

Ürəyi qanə dönər qansıza səcdə edənin.Bütün inkarı çatar, Rita Racından qırılar.

Neçə şahlar oturub iynə ucunda, Pünhan,Gələr inşalla o gün, iynə ucundan qırılar.

15 oktyabr 1999. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love