Hər zaman dildə fəqir el əlim üstündə olub.Leyk əslində dəmir əl elim üstündə olub.

Bu ana torpağa illərlə nahaq qan tökülüb,Qalmayıb izləri çünki selim üstündə olub.

Keçdi min dörd yüz ilim çatdı qiyamət gününə,Həqqdən sorğu-suala son ilim üstündə olub.

Təxtü-tac ac yalavaclarə zülmünə yaranıb,O səbəbdən də süqumu zülüm üstündə olub.

Mollanın yorğanı üstündə düşən dava kimi,Bu qədər dava-dalaş da gölüm üstündə olub.

Kimə ki, əl uzadıb, rəhm qılıb, tutmuşam əl,O bir azdan sora mütləq belim üstündə olub.

Pünhanam həqq yolunda məni qorxutmaz ölüm,Çünki mənalı ömürlər ölüm üstündə olub.

6 iyun 1998. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland