Sözlərini şahın eşitcək vəzirDüşdü yola getməyə ol binəzir,Sibqət edib badi-səbayə dəvan,Rahi-biyaban ilə oldu rəvan.Teyyi-mərahil eləyib zud-zud,Xitteyi-Kirmanə çü etdi vürud.Gördü o təxt üstdə pişik şahını,Barikəhü xeylini, xərkahını.Qasidi-bidil şəhə etdi sücud,Mədhu səna eylədi vəsfü dürud.Ərz elədi, key şəhi-gərdunəsas,Görməyəsən dəhrdə hərgiz həras.Şahi-siçandan sənə bir qasidəm,Sanma ki, mən şövkətüvə hasidəm.Şah deyir ki, gələsən xidmətə,Olmayasan yaği bizim dövlətə.Şah olan kəsdə ədalət gərək,Hali-rəiyyətdə rəfahət gərək.Qurd qoyunla gərək etsin çəra,Layiqi-şənin deyi bu macəra –Kim, neçə bir muşi həlak etmisən,Sinəmizi dərd ilə çak etmisən.Eyləməsən gərçi itaət bizə,Eyləyərik zəcrü siyasət sizə.Razı deyilsən çü bu sövdayə sən,Hazır ol indi dəxi dəvayə sən.Ləşkəri-cərrar gəlir üstüvə,Firqeyi-xunxar gəlir üstüvə.Olma sözümdən, kərəm et, bidəmağ,

**Yoxdu rəsulun işi “illəl bəlağ”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise