Siçan şahının qoşun toplaması
Şahi-siçan hökm elədi ləşkərə,Zəhr ilə su verdi hamı xəncərə.Verdi siçan şahı o gün buyruğu,Nizələri guşü qılıc quyruğu.Tupü tüfəng ilə o fövci-dilirCəng günü hər biri bir nərrəşir.Cümlə pişik cənginə oldu rəvan,Seyhəkünan, nərəzənan, xunçəkan.Üç yüz otuz min, hamısı muş idi,Şahi-siçan rindi-qədəhnuş idi.Şəh dedi: – Ey tazə cavanlar, gərəkOl pişiyə elçi əzəl göndərək.Zirəkü kamil və süxəndan ola,Elçi gərək əqəli-dövran ola.Var idi bir aqilü zirək vəzir,Fəhmü fərasətdə qəvi, binəzir.Qoydu göz üstə əlini ol siçan,Söylədi: – Ey sərvəri-mülki-cahan,Əmrüvə bir bəndeyi-fərman mənəm,.Vadiyi-eşqində verən can mənəm.Dürci-dəhan aç, bizə göftar elə,Ol ləbi-şirini şəkərbar elə.Hər nə isə hökmün, əya sərfəraz,Mən yetirim ol pişiyə biniyaz.Şah vəzirə dedi: – Ey binəzir,Səhl deyildir belə əmri-xətir.Get pişiyə faş elə peyğamımı,Eylə bəyan cümlə sərəncamımı.Ləşkərimin kəsrətini ver xəbər,Cümlə zirehpuşdur, əldə təbər.Azim olub cəngə neçə pəhlivan,Əldə hamı xəncərü gürzi-giran.Yaxşısı oldur ki, gələ xidmətə,Ta ki itaət edə bu dövlətə.Yoxsa onu dəhrdə xar eylərəm,Çeşminə dünyaları tar eylərəm.Eyləməsə pəndimi hərgah qəbul,Çəngimə gəlsin mənim ol bülfüzul.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-sican-sahinin-qosun-toplamasi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı