Dağ başına duman gəlsə danışma,Dağ başından bir gün duman düşər bil.Ömrə-günə hicran gəlsə darıxma,Bu hicranın yolu bizdən dönər, bil.

Göy üzünü göy buludlar alarsa,Buludlarda çaxnaşmalar olarsa.İldırımlar göyə lərzə salarsa,İldırımlar çaxıb, axır sönər, bil.

Bahar gələr, nazı artar güllərin,Yuxuları sona çatar güllərin.Sinəsində şəbnəm yatar güllərin,Susan könlüm nəğmələrlə dinər bil,Ürək nəğmə dünyasına dönər, bil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation