Sına məni
Hamar deyil ömrün yolu bilirəm,Bu yollarda sına məni, sına sən.Hara getsən, harda olsan gələrəm,Bu yollarda sına məni, sına sən.
Səfər üstə haçan olsan, darıxma,Köç çatıb, köç açan olsan, darıxma.Yoxuşlardan keçən olsan, darıxma,Bu yollarda sına məni, sına sən.
Başın üstə tufan qopsa, yel əssə,Bu könlümlə yaşa nəfəs-nəfəsə.Zaman səni qocaltmağa tələssə,Bu yollarda sına məni, sına sən.
Təşnə olsan, çeşmə ollam səninçin,Çinar olub, kölgə sallam səninçin.Dağlarda tonqaltək qallam səninçin.Bu yollarda sına məni, sına sən.
Zəmi-zəmi dənə dolan sünbüləm,Mən ümmanam. Nə kəhrizəm, nə göləm.Sevda dolu, sevgi dolu könüləm,Bu yollarda sına məni, sına sən.
Nəğmə desən, nəğmələnim bir anda,Dəniz kimi ləpələnim bir anda.Saçlarına səpələnim bir anda,Bu yollarda sına məni, sına sən.
Vida demə sən ömrünün yazına,İnanmıram mən tale, bəxt yazana.Qovuşmaqçün istəyinə, arzunaBu yollarda sına məni, sına sən.
Ümidlərin üşüsə od olaram,Fikrə dalsan, dönüb sükut olaram.Yağış desən, dolmuş bulud olaram,Bu yollarda sına məni, sına sən.
Qəribləşən günlərinə yoldaşam,Könlündəki nisgillərə sirdaşam.Qadın deyil, mən səninçin qardaşam.Bu yollarda sına məni, sına sən.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-sina-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
“Beytüssəfayə”Ey dustlər, ol sərvi-xuraman sizin olsun,Canan sizin olsun.
Qarabağdan köçən quşlarQarabağdan köçən quşlar,Yuvaları dağılmışlar,
Ay ŞəkərFəsli-tabistanda bağü bostandaNovrəstə cavanım, gülüm, ay Şəkər!