Könlüm körpə bənövşəTək qalsa dönər birdən.Könlüm nazik bir şüşəƏl dəysə sınar birdən.

Yolun çatmır başamı,Vüsal dönüb daşamı?Qurut bu göz yaşımı,El görsə qınar birdən.

Bənzəməz ömrün şama,Əriyə damla-damla.Mən inanmıram, ammaYadlar inanar birdən.

Çinar əkmişdik qoşa,Nəğmələr qoşa-qoşa.Sensiz qara, yağışaDüşər o çinar birdən.

Gəl, səsin düşsün ərzəGəl, nur dolsun evimizəGəlməsən, yenə kimsəMəni tək sanar birdən.

Saxla darda həsrəti,Yandır oda həsrəti!Qoyma yata həsrəti,Yenə oyanar birdən.

Vüsalı tök gül cama,Ver cavana, qocama.Gəl ki, könül bağçamaQəm tozu qonar birdən.

Külək dörd nala çapar,Könlümdə tufan qopar.Göz yaşım yerə hopar,Torpaq da yanar birdən.Torpaq da yanar birdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation