Savalan
Səni neçə şair saldı nəğməyə,Növbə mənə çatdı indi, Savalan.Sənə arxam deyə, ümidim deyə,Könlüm qanadlandı, dindi, Savalan.
Ümidim olsa da görüşümüzə,Yenə də ürəyim döndü bir közə,Ovutmaq istədim, baxmadı sözəSinəmdə şişməyə döndü, Savalan.
Kaş ayağın altda gül də, çiçək dəBir süfrə açaydı al-əlvan rəngdə.Yediyim bir tikə pendir, çörək dəDeyəydim canıma sindi, Savalan.
Sən bizim ellərin vüqar rəmzisən,Müdrik babaların müdrik sözüsən.İgid oğulların odu, közüsən,Kim deyir atəşin söndü, Savalan?
Vətən dağlarının ağsaqqal dağı,Gah ayrılıq dağı, gah vüsal dağı.Sabahkı günlərin istiqlal dağı,Demə bu nə aydı, gündü, Savalan.
Demə bu arzudur, xəyaldır, sözdür,Əriyən gecədir, doğan gündüzdür.Sənin peşmək qarın noğulumuzdur,Neynirik noğulu, qəndi, Savalan.
Ayağın altına düzərəm xonça,Yığılar dövrənə qız, gəlin, qoca.Səndən güc alaram, səsim çatıncaSəslərəm şəhəri, kəndi, Savalan...
Kim deyir köməksiz, naəlac oldu,Kim deyir gəlmələr ondan bac aldı?Gah yumruğa döndü, gah qılınc oldu,Düşmənin başına endi Savalan.
Dözürəm ümidlə həsrət acıma,Qarlar birəm-birəm qonur saçıma.Mən şirin xəyalda, birdən bağçamaBir körpə qaranquş endi, Savalan.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-savalan
Use ← → keys to move, R for a random poem
More by this author
Dağ başına duman gəlsə danışma,Dağ başından bir gün duman düşər bil.
QayıtdınCanım, gözüm, nə yaxşı ki, qayıtdın,Nə yaxşı ki, bu yollara düşdü gün.
İndiDağıldı cəlalı üzü boz qışın,Yazın taxta çıxan vaxtıdı indi.
Sevincim, kədərimSevincim dünyaya sığmayır bəzən,Sanki sevincimə qərq olur aləm.
Poems by other poets
Hər kimin cananı kim, bir əhli-ürfan olmaya,Şahi-aləm olsa, onda rahəti-can olmaya.
Mənim yarim vəfasızdur, vəfasızMənim yarim vəfasızdur, vəfasız,Mənim dərdim, dəvasızdur, dəvasız.
Mürəbbə: Başına döndüyüm, ey şahi-xubanBaşına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.